"İzabella" salatı

Müəllif: Wiyinka
Şərhlər: 8
Baxılıb: 8 631
Səs ver:
(səs: 8)
Tərkibi: 

2 hisə verilmiş toyuq budu
5 yumurta
500 q şampinyon 
2 baş soğan 
3 duzlu xiyar
koreya üsulu yerkökü
Hazırlanması :

Yumurtaları bişirib soyudun, xırda doğrayın. 
Göbələk və soğanı xırda doğrayın, ayrı-ayrılıqda bitki yağında qovurun. 
Aralarına mayonez çəkməklə lay-lay düzün:  hisə verilmiş toyuq əti + göbələk + soğan + yumurta + duzlu xiyar + koreya üsulu yerkökü
Bu salatı adətən izabella sortundan olan üzüm və bir budaq şüyüdlə bəzəyirlər (elə adı da buradan götürülüb). Amma üzüm yoxdursa, onu qara zeytunla əvəzləyə bilərsiniz. 

Nuş olsun!
(səs: 8)
Şərhlər: 8
Baxılıb: 8 631
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri