"Tovuzquşu gözü" salatı

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 4 236
Səs ver:
(səs: 2)
Tərkibi: 

3 iri və ya 4 kiçik toyuq döşü (1-1,2 kq)
1 kq toyuq qiyməsi 
9 yumurta
3 dilim bəyaz çörək 
100 ml süd
1 dəstə ispanaq 
1 baş soğan 
2 x.q. kərə yağı 
duz
qara istiot
toyuq üçün ədviyyat

Hazırlanması :

Bu ruleti keks üçün olan yumru, ortası boş qabda bişirmək gərəkdir. Qabın həcmindən asılı olaraq ərzağın çəkisi də dəyişə bilər. Ancaq istənilən formanı yalnız 3/4-dək doldurmaq lazımdır. 
8 yumurtanı suda qaynadıb bərk bişirin. Təmizləyin. 
İspanağı yuyub yarpaqlarını ayırın, hamarlayıb üst-üstə yığın, 1 dəqiqə qaynar suda saxlayın. Çıxarıb soyuq suya salın, boşqaba düzün. Toyuq qiyməsinə xırda doğranmış soğan, isti süddə isladılmış qabıqsız çörək, yumurta, duz, istiot və toyuq üçün ədviyyat əlavə edib yoğurun, sonra döyün (ruleti hazırladıqdan sonra qiymə artıq qalarsa, ondan da kotlet hazırlaya bilərsiniz). Toyuq filesini iri doğrayıb plyonkanın arasına qoyaraq napnazik olanadək döyün. Duz, istiot vurun. 7 bişmiş yumurtanı ayrılıqda ispanaq yarpaqlarına bükün. Hətta bir neçə qat da olar. Yağlanmış formanın içinə döydüyünüz toyuq ətini döşəyin. Bir neçəsini üstünə saxlayın. Qiymənin bir hissəsini döşəyin, əlinizi isladıb hamarlayın. İspanağa bükülmüş yumurtaları düzün. Yumurtanın üstündən yenə qiymə qoyub hamarlayın, döyülmüş toyuq ətiylə örtün. Üzərinə yağ çəkin. Vaxtından qabaq qızarmasın deyə folqa ilə bükün. Formanı 180 dərəcə qızdırılmış sobaya qoyun. 
Ruletiniz 2 kq qədər alınıbsa, 1 saat folqa ilə, 45 dəqiqə isə folqanı çıxararaq bişirin. Balacadırsa, daha az zamanda bişəcək. Hazır ruleti yaxşıca soyudun. Üzərini sürtgəcdən keçirilmiş yumurta ağı və sarısıyla bəzəyin (yapışsın deyə ruletin üzərinə ərinmiş yağ çəkin). 
Süfrəyə verəndə nazik dilimlərə doğrayın. 

Nuş olsun!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 236
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri