Közlənmiş badımcan salatı

Müəllif: Pure Love
Şərhlər: 9
Baxılıb: 9 150
Səs ver:
(səs: 1)
Vəsaitlər:
1 bostan badımcanı
1 orta boy pomidor
1 soğan
Yarım dəstə cəfəri
1 şirin  bibər
1 acı bibər
2 diş sarımsaq
Yarım çay stəkanı zeytunyağı
1 limon
Duz

Hazırlanması:
Badımcanın üzərində çəngəllə dəliklər açıb odda közleyin. Qabıqlarını soyub kiçik parçalar şəklində doğrayın. Cəfərini yuyub doğrayın. Soğanı kiçik kub şəklində doğrayın. Şirin bibəri və acı bibəri incə halqalar halında kəsin. Pomidoru kiçik kublar halında doğrayın. Bütün vəsaitlər hazır olunca xidmət qabına sırasıyla ən altdan başlayaraq doğranmış cəfəri, soğan, acı bibərlər, közlenmiş badımcan və pomidoru qoyun. Üzərinə bolca pendir səpin. Sarımsaqları rəndələyin. Limon suyu, zeytunyağı və duz ilə qarışdırıb sous hazırlayın. Salatın üzərinə gəzdirib xidmət edin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 9 150
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri