Kələmli toyuq salatı resepti

Müəllif: Narın Yağış
Şərhlər: 9
Baxılıb: 8 719
Səs ver:
(səs: 1)
Tərkibi:
300 q Çin kələmi (Pekin kələmi)
1 ədəd yerkökü
1 ədəd  toyuğun döş əti
1 ədəd  təzə xiyar
1 ədəd  yumurta
1 dəstə göy soğan
Mayonez
Duz, istiot

Hazırlanması:

Toyugun döş ətini bişməyə qoyuruq.
Qaynamağa başlayanda içinə baş soğan, kök, dəfnə yarpağı və bir az duz əlavə edin ki, ət dad götursün.
Sonra süzün, qoyun bir az soyusun.
Kələmi də xırda doğrayın.
Göy soğanı da xırda-xırda doğrayın.
Xiyari da uzunsov formada doğrayın, kələmə uyğun olaraq.
Yumurtanı da xırda-xırda doğrayın.  Hamısını böyük bir qaba töküb qarışdırın.
Duz, istiot və mayonez vurub bir daha qarışdırın. Salatımız hazırdır.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 8 719
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri