"Qar təpələri" salatı

Müəllif: Miss_Azerbaijan
Şərhlər: 9
Baxılıb: 2441
Paylaş:
Səs ver:
(səs: 2)
Tərkibi:
8 yumurta
1 yerkökü
400 q bişmiş süd kolbasası
1 baş soğan
2 kartof
200 q bərk pendir
200 q mayonez
1 x.q. kərə yağı (qovurmaq üçün)
ədviyyat, sarımsaq - zövqə görə

Hazırlanması:
Soğanı təmizləyib kubik doğrayın.

Yerkökünü təmizləyib sürtgəcin orta gözündən keçirin.

Soğan və yerkökünü kərə yağı ilə qızılı rəng alanadək qovurun.

Kartofu qabıqlı bişirin, təmizləyin.

Kartofu və südlü kolbasanı xırda kubik doğrayın.

Pendiri sürtgəcin xırda gözündən keçirin.
 
Yumurtaları suda bişirin, təmizləyib ortadan bölün, ağını sarısından ayırın.
 
Yumurta sarılarını çəngəllə əzib 20 q mayonezlə qarışdırın. Mayonezə sürtgəcdən keçirilmiş sarımsaq da vura bilərsiniz. Yumurta sarısı-mayonez  qarışığını boş yumurta ağlarının içinə doldurun.

İndi isə lay-lay düzün:
Yastı boşqaba aralarına mayonez çəkməklə öncə kartofu, üzərinə yerkökü-soğan qarışığını, kolbasanı düzün. İçinə yumurta sarısı ilə mayonezin qarışığını doldurduğunuz yumurta ağlarını kəsiyi üzüaşağı olmaqla düzün. Üzərinə bolluca mayonez çəkin. Ən axırda sürtgəcdən keçirilmiş pendir səpin. (Sonuncunu salatı süfrəyə verəndən 5 dəqiqə əvvəl etsəniz, "qar təpələri" daha gözəl görünəcək).

Salatın üzərinə ərzaqdan müxtəlif fiqurlar (Şaxta baba, Qar adamı, pinqvin və s.) da düzəldib qoya bilərsiniz, əsas odur, "qar" mövzusuna uyğun olsun.

Kolbasa əvəzinə qovrulmuş toyuğun döş ətini, yaxud qaraciyər istifadə edə bilərsiniz. Həmçinin salata ispanaq, kapers də əlavə edə bilərsiniz.

Mayonez sevməyənlər xama və ya xama ilə qatıq qarışığından istifadə edə bilərlər.

Nuş olsun!

loading...
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 2441
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
xosuma gelmedi
11 mart 2015 15:08
9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
FISTIK
Gorkemce qewengdi dadli olar.
2 yanvar 2015 18:48
8
Offline
WiRiN BaLaM
ne ise uzun getdi twk
1 yanvar 2015 20:18
7
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Offline
my_angel
Lap əla görünür ki...
1 yanvar 2015 16:49
6
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
Aysel Tatli
GORNUWU SUPER
1 yanvar 2015 16:28
5
Offline
Little girl
Gorunusu gozeldir.Amma dadini deye bilmerem.
1 yanvar 2015 12:25
4
Anladım artıq sevgilərin nağıl,nağıllarınsa yalan olduğunu... agla
Offline
ismayilova ulker
Görünüşüde maraqlı görsenir. Terkibide pis deyil. Amma soğan qovurmaq salatda onu dəyişəcəm başqa inqridientlə əvəz edəcəm.
1 yanvar 2015 11:32
3
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Offline
BARBI
Hazirlayacam esl yeni ilcun reseptdi
1 yanvar 2015 11:18
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
emis
gorunusu ne qesengdi beyendim
1 yanvar 2015 11:07
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv