"Qar valsı" salatı resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 506
Səs ver:
(səs: 3)
Tərkibi:
250 q toyuq filesi
150 q pendir
2 yumurta
5 x.q. küncüt
1 göy soğan
nar
mayonez
duz
qara istiot

Hazırlanması:
Toyuq filesini və yumurtaları suda bişirin. Bişmiş əti xırda kubik doğrayın. Bişmiş yumurtanı və bərk holland pendirini sürtgəcin iri gözündən keçirin. Küncüt daha dadlı və ətirli olsun deyə onu quru, möhkəm qızdırılmış tavada qovurun.

Dərin ləyəndə xırdaladığınız ərzağı və küncütü qarışdırın, mayonez, duz, istiot vurun.

Salatın üzərini göy soğan və nar dənələriylə bəzəyin.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 3 506
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri