Butoyaş salatı resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 4 849
Səs ver:
(səs: 2)
Tərkibi:
1 ədəd yaşıl bolqar bibəri
3-4 ədəd pomidor
200-300 q pendir
1 paket suxarı
1-2 x.q limon şirəsi
3 x.q duru yağı
Göy soğan yarım dəstə
1/2 banka zeytun
50 q yaşıl noxud
Bir az göyərti
Duz
İstiot

Hazırlanması:
Bibər kub şəklində doğranılır.
Pomidor da kub şəklində doğranılır.
Göy soğan da xırda doğranılır.
Göyərtilər də xırda doğranılır. Hamısını böyük bir qaba töküb qarışdırın.
Pendir də kub şəklində doğranılır.
Yaşıl noxudu və zeytunu da üzərinə əlavə edin.
İndi isə bir balaça qabda duz, istiot, sirkə və duru yağı qarışdırın və  salatın üzərinə əlavə edin.
Suxarıları süfrəyə verən zaman salatın üzərinə qoyun.
Salatımız hazırdır.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 4 849
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri