Danimarka salatı resepti

Müəllif: Menim balam
Şərhlər: 8
Baxılıb: 4 071
Səs ver:
(səs: 2)
Tərkibi:
300 q dondurulmuş göy noxud və yerkökü
100 q makaron
150 q istənilən ət kolbasası
1 ortaboy marinə edilmiş xiyar (yaxud bir miqdar zeytun)
1 ortaboy soğan

sous:
150 q mayonez 
100-150 q qatıq
1 x.q. limon şirəsi
qara istiot 
xırda doğranmış şüyüd, cəfəri, göy soğan
1/4 ç.q. şəkər tozu

Hazırlanması:
Tərəvəzi duz qatılmış az suda qazanın ağzı bağlı olmaqla vam odda 6 dəqiqə bişirin, suyunu süzüb soyudun.
Makaronu bişirin, süzün, üzərinə soyuq su gəzdirib soyudun.
Kolbasanı kubik doğrayın.
Xiyarı uzun doğrayın. Yoxdursa, zeytun da istifadə edə bilərsiniz.
Soğanı yarımhalqa doğrayın.
Sous üçün olan ərzağı qarışdırın. Salatın üzərinə gəzdirin. (Sous düzəltməyə ərinənlər salata mayonez qatıb üzərinə doğranmış göyərti səpə bilərlər).
Salatın ağzına qapaq qoyun, otaq temperaturunda 30 dəqiqə saxlayın.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 4 071
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri