"Yeni il yolkası" - salatı [ Nuş Olsun ]

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 12 136
Səs ver:
(səs: 4)

"Yeni il yolkası" - salatı


İstifadə olunan məmulatlar:

-çuğundur – 2ədəd;
-iri kök – 1 ədəd;
-kartof -5 ədəd;
-soğan;
-mayonez;
-hisə verilmiş balıq

Bəzək üçün:

-şüyud;
-konservləşdirilmiş qarğıdalı;
-nar dənələri;
-yumurta.

Hazırlanması:

Tərəvəzləri qaynadıb bişirin, təmizləyib orta gözlü cürtgəcdən keçirin.Kökün bir dilimindən ulduz formalarini kəsib çıxarın.


Hisə verilmiş balığı sümüklərdən təmizləyib kiçik hissələrə bölün.

İndi isə iri, geniş boşqaba salatı qat - qat yolka şəklində düzün (1sm qalinliğında):

- kartof və mayonez;
- soğan əlavə edilmiş hisə verilmiş balıq – nazik mayonez qatı;
- kök;
- çuğunduru çoxlu mayanezlə qarışdırıb ehtiyatla qat kimi istifadə edin.

İndi isə "yolkanın" bəzədilməsinə başlamaq olar. "Yolkanın" baş hissəsinə kökdən hzırladığınız ulduzu yerləşdirin.Şüyüdün budaqlarından əsl yolka budaqlarına oxşar budaqlar hazırlayın.Qaynadılıb bişirilmiş yumurtanın ağını kiçik gözlü sürtgəcdən keçirin.Yolkanın üzərini "rəngbərəng işıqlarla" bəzəyin, bunun üçün xırdaladığınız yumurta qğını yarimhalqa şəkilində yolkanın üzərindən aparın və bu halqan;n wz'rind' qarğadalı dənələrindən istifadə edərək "lampalar "quraşdırın.Daha sonra ikinci belə yarımhalqanı yumurta sarısını xırdalayaraq hazirlayıb burada nar dənələrindən "lampa" kimi istifadə edin.Naqil rolunu oynayan yarımhalqanı şəkildəki kimi nazik doğranmış kökdən istifadə edərək hazırlamaq olar.Beləliklə şəkildəki kimi gözəl yolka formalı salat hazırlayin.

Yeni iliiz mübarək! Nuş olsun
 
(səs: 4)
Şərhlər: 1
Baxılıb: 12 136
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri