Hər ev sahibəsi qeyri-adi bacarığı, fantaziyası ilə qonaqları təəccübləndirmək istəyir. Əgər sizin də niyyətiniz budursa, "Qırmızı papaq" salatını hazırlayın.
Tərkibi:
Baş soğan
Toyuq filesi və ya hisə verilmiş toyuq
Qaynadılmış kartof
Qoz ləpəsi
Qaynadılmış kök
Bişmiş yumurta
Bərk pendir
Bəzək üçün nar dənəsi
Hazırlanması:
Salatı laylarla yığmaq lazımdır və hər laya mayonez çəkilməlidir.
Soğanı kubik və ya həlqə formasında doğrayın və acılığını aradan qaldırmaq üçün qaynar suya tökün.
Kartofu kubik formasında doğrayın.
Toyuq ətini xırdalayın.
Qoz ləpəsini blenderdə xırdalayın.
Kökü kubik formasında doğrayın.
Yumurtanı sürtgəcin gözündən keçirin.
Pendiri də sürtgəcdən keçirin.
Salatın üzərinə nar dənəcikləri səpin.