Tərəvəzli salat və yuxaiçi salat resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 803
Səs ver:
(səs: 3)
Tərkibi:
2 ədəd qırmızı şirin bibər
1 ədəd şoraba xiyar
250 qr toyuğun döş əti
zövqə görə göyərti
1 banka konserviləşdirilmiş qarğıdalı
Duz
2 ədəd kartof
2 ədəd yerkökü
400 qr xama
2 ədəd yumurta
Bir ədəd yuxa

Hazırlanması:
Kartofu, yerkökünü, yumurtanı soyutma bişiririk. Eləcə də toyuğun döş ətini duzlu suda bişiririk.
Bütün ərzaqları xırda-xırda doğrayırıq, yumurtaların ancaq ağını doğrayırırq.
Duz, xama və qarğıdalını əlavə edib qarışdırırıq. Xama əlavə etməmişdən əvvəl, yuxa salatı üçün tərəvəzli qarışıqdan yuxanın ölçüsünə görə saxlayırıq.
Tərəvəzli salatımız hazırdır.
Yuxaya xama yaxıb, tərəvəzli qarışıqdan yuxanın üstünə səririk.
Sonra yuxanı rulet formasında büküb, soyuducuya qoyuruq. Süfrəyə təqdim edəndə dilimlərə bölürük.
Yuxa içi salatımız da hazırdır.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 6 803
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri