Tərkibi:
"səbət":
500 q un
100 q marqarin
1/2 st. süd
3 x.q. xama
2 yumurta
1 x.q. şəkər tozu
1/2 ç. q. duz
iç:
200 q şirin bibər
200 q yerkökü
1 baş soğan
1 alma
1 pomidor
1 x.q. bitki yağı
duz
göyərti - zövqə görə
Hazırlanması:
İç: Bibər və yerkökünü saman kimi doğrayıb yarımbişmiş hala gələnədək qovurun. Xırda doğranmış soğan, pomidor, saman kimi doğranmış alma əlavə edib bişirin.
"Səbət": yumurtaları süd, şəkər tozu, duz, yumşaldılmış marqarin və xamayla çalın. Qarışdıraraq un əlavə edin.
Xəmiri 2-3 mm qalınlıqda yayıb, dairələr kəsərək xırda formalara döşəyin.
Xəmiri bir neçə yerdən deşin. İç doldurub sobada "səbətlər" qızarınca bişirin.
Formadan çıxarıb soyudun. Süfrəyə soyuq halda verin.