Brokili salatı resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 9
Baxılıb: 2 645
Səs ver:
(səs: 2)
Tərkibi:
1 kiçik brokili,
1 böyük kök,
2 ədəd qırmızı ətli bibər,
Bişirilmiş qarğıdalı dənələri,

Sosu üçün:
Duz,
zeytunyağı,
3-4 diş sarımsaq,
Narşərab,

Hazırlanması:
Brokilini kiçik parçalara ayıraraq isti suda bişirin.
Sonra süzün.
Kökü doğrayın.
Kökü də isti suda bişirin.
Qırmızı ətli bibəri də eyni şəkildə doğrayıb isti suda bişirin.
Bütün ərzaqları bişirdikdən sonra servis tabağına alıb üzərinə duz, zeytun yağı, döyülmüş sarımsaq və nar şərabını əlavə edib qarışdırın.
Ən son qarğıdalı dənələrini də əlavə edib servis edin.
Qeyd:
Tərəvəzlər bişdikdən sonra isti sudan çıxardıb soyuq suya qoysanız rəngini qoruyar və parlaq görünər.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 2 645
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri