Bakı vineqredi resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 858
Səs ver:
(səs: 1)
Tərkibi:
Kartof 600 qr
Çuğunduru 20 qr və ya 4 ədəd
Kök 2 ədəd
Xiyar turşusu 200 qr
Baş soğan 2 ədəd və ya göy soğan 200 qr
Kələm turşusu 200 qr
Qırmızı lobya 200 qr
Cəfəri 40 qr
Bitki yağı 4,5 xörək qaşığı
Duz
İstiot

Hazırlanması:
Bakı vineqredi hazırlamaq üçün kartof, çuğundur, yerkökü bişirilir.

Bişirildikdən sonra kartof, çuğundur, yerkökü kub şəklində doğranılır. Xiyar turşusu da kub şəklində doğranılır.

Vineqredin xammalları: kartof, çuğundur, yerkökü, xiyar turşusu bir birinə qarışdırılır.

Bakı vineqredinə vurulacaq göyərti və soğan da kiçik-kiçik doğranılır.

Kələm turşusunun suyu sıxılıb susuzlaşdırılır. Kələm turşusu da kiçik – kiçik doğranır.

Qırmızı lobya əvvəlcədən isladılır. Sonra qırmızı lobya suda bişirilir.

Məhsullar doğranılıb qurtardıqdan sonra kartof, çuğundur, yerkökü, xiyar turşusu, doğranılmış göyərti, soğan, kələm turşusu, qırmızı lobya bir – birinə qarışdırılır.

Bundan sonra Bakı vineqredinə duz və istiot vurulur.

Duz və istiot vurulan Bakı vineqredinə bitki yağı da əlavə edilir, sonra yenidən qarışdırılır.

Yağ da qarışdırıldıqdan sonra Bakı vineqredini süfrəyə vermək üçün boşqaba çəkilir.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 858
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri