Ədviyyatlı zeytun yağı resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 079
Səs ver:
(səs: 0)
Tərkibi:
1 stəkan sızma zeytun yağı
10-12 ədəd qoz ləpəsi
10-12 ədəd çöl mersini (черника)
10-12 ədəd kişmiş
3-4 ədəd quru pomidor dilimi
1 diş sarımsaq
1 xörək qaşığı kəkotu
8-10 ədəd əzilməmiş qara istiot

Hazırlanması:
Quru pomidorları ilıq suya qoyun və bu ilıq suda quru pomidorları gözlədin.
Qoz ləpəsini, çöl mersinini, kişmişi, sarımsağı, kəkotunu, əzilməmiş qaraistiotu çox kiçik hissələrə doğrayın. Doğradığımız materialları qapaqlı bir şüşə qaba yığırıq.
Bundan sonra pomidor quruunu da sudan çıxardıb dilimləyirik və bunu da xammallarımız olan şüşə qaba əlavə edirik. Bundan sonra eytun yağını da şüşə qaba əlavə edirik.
Şüşə qabın qapağını möhkəmcv bağlayırıq.
Hazırladığımız qarışığı 24 saat gözlədirik. Bundan sonra süfrəyə vermək olar.

Qeyd:
ədviyyatlı zeytun yağı xüsusi ilə səhər yeməklərində istifadə etmək olar. Bununla yanaşı salatlara sos kimi də istifadə etmək mümkündür.
ədviyyatlı zeytun yağını uzun müddət saxlasanız, kiflənə bilər. Ona görə də çox gözlətmək məsləhət deyil.
Kəkotu yerinə fəsləyən, quru tərxun da istifadə etmək mümkündür. Və ya bu quru göyərtiləri birlikdə də istifadə etmək olar.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 079
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri