Evdə mayonez hazırlamaq resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 126
Səs ver:
(səs: 1)
Tərkibi:
2 ədət yumurta sarısı,
2 çay qaşığı xardal,
1-2 şirniyyat qaşığı sirkə,
1 tutam duz,
1,5 su stəkanı zeytun yağı,

Hazırlanamsı:
İlk öncə mayonez hazırlayarkən istifadə edəcəyiniz ərzaqlar otaq temperaturunda olmalıdır.
Qarışdırma qabına 2 yumurta sarısını əlavə edin.
Üzərinə 2 çay qaşığı xardal, 1 ya da 2 şirniyyat qaşığı sirkəni və bir çimdik duzuəlavə edin. Sirkənin çox olması mayonezin dadını poza bilir.
Hazırlanan qarışığı mikserlə ya da çırpıcıyla qısa bir sürə qarışdırın.
Mayonezi hazırlayarkən yumurtanın yağı yavaş- yavaş çəkməsinə çalışmaq lazımdır.. Bunun içində qarışığın üzərinə çox az yağ əlavə edin.
Hər dəfə yağ qoyduqdan sonra yumurta yağı çəkənə qədər çırpın.
Yumurta yağı sorduqdan sonra yenisini əlavə edin. (Əğər yumurta yağı çəkmədən yağ əlavə olunarsa mayonez kəsilər və süd kəsiyi kimi bir görüntü ortaya çıxa bilir.).
Mikseri eynı yöndə və orta sürətdə çevirin. Zamanla qarışığın rənginin ağa döndüyünü görəcəksiniz.
Hazırlanan mayonezi bankalara qoyaraq soyuducuda saxlaya bilərsiniz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 126
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri