Mimoza salatı resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 799
Səs ver:
(səs: 2)
Tərkibi:
450 qr toyuğun döş əti
2 ədəd kartof
2 ədəd kök
2 ədəd yumurta
yarım ədəd kiçik soğan
duz
mayonez

Hazırlanması:
1. Toyuq duz vurulmuş suda qaynadılır. Qaynadıldıqdan sonra soyudulur və əlnən xırda şəkildə didilir.

2. Kartof, kök, yumurta yuyulur, su tökülüb qaynadılır. Bişdikdən sonra qabığları təmizlənir.

3. Salatı hazırlamaq üçün ərzaqlar lay-lay əlavə ediləcək. İlk kartof sürtgəcin iri gözündən keçirilir və üzərinə duz, mayonez vurulur.

4. Kartofun üzərinə kök sürtgəcdən keçirilir, duz mayonez vurulur. Kökün üzərinə isə yumurtanın ağları sürtgəcdən keçirilir.

5. Baş soğan təmizlənir,uzun formada doğranılır, duz vurulub suyu sıxılır və yumurtanın üstünə əlavə edilir.

6. Didilmiş toyuq əti soğanının üstənə əlavə edilib mayonez vurulur.

7. Eyni qayda ilə yerdə qalan kök və kartof sürtgəcdən keçirilir aralarına duz, mayonez vurulur. Ən üst qata kartof vurulur və salatın bütün ətrafı mayonezlənir.

8. Axırda yumurtanın sarısı sürtgəcin xırda gözündən keçirilib salatın üstünə tökülür.

Qeyd: Əslində salatın üstünə holland pendiri sürtgəcdən keçirilib vurulur. Mən yumurta sarısı ilə hazırladım.

Mimoza salatı resepti - FOTO RESEPT

Mimoza salatı resepti - FOTO RESEPT

Mimoza salatı resepti - FOTO RESEPT

Mimoza salatı resepti - FOTO RESEPT

Mimoza salatı resepti - FOTO RESEPT

Mimoza salatı resepti - FOTO RESEPT

Mimoza salatı resepti - FOTO RESEPT

Nuş olsun!
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 6 799
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri