Göbələkli yay salatı resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 3 249
Səs ver:
(səs: 1)
Tərkibi:
1 banka (təxminən 450 q və ya 3 stəkan) turşuya qoyulmuş göbələk (xırda, yumrulardan, adı şampinyondur)
1 ədəd orta boy yerkökü
1 ədəd kiçik qırmızı Bolqar bibəri
1 ədəd kiçik sarı və ya portağal rəngi Bolqar bibəri
1 ədəd kiçik yaşıl Bolqar bibəri
1 ədəd orta boy turşu-xiyar
1 ədəd orta boy təzə xiyar
zövqə görə şüyüd
1 ədəd orta boy baş soğan
3-4 x. qaşığı limon suyu
3-4 x.qaşığı zeytun yağı
duz
istiot

Hazırlanması:
1. Göbələkləri ortadan iki yerə kəsin.
2. Yerkökünü suda yarım bişənə kimi qaynadın. Qabığını soyub, uzun-uzun və nazik doğrayın.
3. Bibərləri və xiyarları (təzə xiyarın qabığını soyun) da uzun-uzun və nazik doğrayın. Şüyüdü də doğrayın.
4. Soğanı soyun və yarı bölün. Sonra uzun-uzun və nazik doğrayın. Üstünə bir az duz səpin və əlinizlə soğanı ovun ki, acısı çıxsın. Sonra isə suya çəkib, suyunu tamamilə sıxın (orijinal reseptdə soğana qaynar su töküb sıxmaq məsləhət görülür. Mən duz metodunu daha çöx xoşlayıram).
5. Bütün ərzaqları bir qaba qoyun. Üstünə limon suyu və zeytun yağı əlavə edin və zövgə görə duzlayıb istiotlayın. Qarışdırıb bir müddət soyuducuda saxladıqdan sonra süfrəyə verin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 249
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri