Tərkibi:
1 kilo yarım badımcan
yarım stəkan zeytun yağı, qızartmaq üçün
təxminən 2 stəkan qatıq
2 diş sarımsaq – əzilmiş
zövqə görə doğranmış təzə nanə və ya quru nanə
zövqə görə duz
Hazırlanması:
1.
Badımcanların qabığını soyub xırda kublara kəsin (təxminən baş barmaq
qalınlığında). Acısını burada izah olunduğu kimi çıxardın. Suyunu sıxın.
2.
Badımcanı qızğın yağda qızardın. Tavadan çıxardın və üzərinə salfet
sərilmiş dəyaz qaba yığıb yağını süzdürün və bir qaba qoyun.
3. Bir qədər soyuduğunda, üstünə qatıq, sarımsaq, nanə və duz əlavə edib qarışdırın. Sərin halda süfrəyə verin.