Beşamel sousu resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 814
Səs ver:
(səs: 0)
Tərkibi:
1 ədəd baş soğan
500 ml süd
300 qr un
30 qr əridilmiş kərə yağı
duz
ağ istiot
bir çimdik muskat

Hazırlanması:
1. İnqredientlər hazırlanır.
2. Bir qazan südün içinə doğranmamış baş soğan əlavə edilərək az odda 20 dəqiqə bişirilir.
3. Digər dərin qazana yağ əlavə edilir, üzərinə un tökülür və tez-tez qarışdırılaraq məhlul qatı olana qədər bişirilir. Bu məhlul "Ru" adlanır, bir çox souslarda istifadə edilir və bu haqda souslar bölməsində biz növbəti dəfə yazacayıq.
4. Südün içindəki soğan çıxarılır, süd süzgəcdən keçirilib nazik şırnaqla Ru-nun üzərinə əlavə edilir. Tez-tez qarışdırılır və az odda 30 dəqiqə bişirilir.
5. Duz və istiot əlavə ediləndən sonra sous nazik süzgəcdən və ya marlyadan keçirilir.
6. Budur, Beşamel sousu hazırdır! Əgər bu sousun içinə 30 ml isti qaymaq və bir neçə damcı limon şirəsi əlavə edilsə, o zaman Qaymaqlı sous əldə edəcəksiniz.

Beşamel sousu resepti - FOTO RESEPT

Beşamel sousu resepti - FOTO RESEPT

Beşamel sousu resepti - FOTO RESEPT

Beşamel sousu resepti - FOTO RESEPT

Beşamel sousu resepti - FOTO RESEPT

Beşamel sousu resepti - FOTO RESEPT

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 814
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri