Meksika salatı resepti

Müəllif: Fialka
Şərhlər: 6
Baxılıb: 3 875
Səs ver:
(səs: 3)
Tərkibi:
1 kasa konservləşdirilmiş meksika lobyası (hər hansı lobya növündən istifadə edə bilərsiniz. Sadəcə suda bişirib soyudun)
1 dəstə pərpərəng (pərpətöyün)
1 kasa qarğıdalı
1 kasa xiyar turşusu
1 ədəd qırmızı soğan
2 ədəd pomidor
Duz, limon və zeytun yağı
 
Hazırlanması:
Turşunun yarısını kvadrat formasında, digər yarısını isə uzunsov doğrayın. Pərpərəngi və soğanı xırda-xırda doğrayın. Pomidorun qabığını soyub doğrayın, şirəsini atın. Daha sonra duz, zeytun yağı və limon şirəsi ilə birlikdə hamısını qarışdırın. Uzunsov doğradığınız turşularla salatı bəzəyin.

Nuş olsun!
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 3 875
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri