Tərkibi:
4 iri dəstə təzə cəfəri
1/3 st. sürtgəcdən keçirilmiş parmezan
2 diş sarımsaq
6 x.q. zeytun yağı
1 x.q. limon şirəsi
duz
qara istiot (təzə üyüdülmüş)
Hazırlanması:
Təmizlənib
əzilmiş sarımsağı blenderdə zeytun yağı ilə eynicinsli kütlə alınanadək
xırdalayın. Limon şirəsi, duz, istiot əlavə edərək yenə qarışdırın.
Cəfərini xırda doğrayın, pendirlə qarışdırın, üzərinə bu sousu gəzdirin.
Qeyd: cəfəri əvəzinə başqa göyərti, məsələn, keşniş, tərxun, yaxud da vəzəri götürə bilərsiniz.