Hədiyyə salatı resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 314
Səs ver:
(səs: 2)
Tərkibi:
Toyuq ciyəri
Mayonez
Yumurta
Pendir (çox düzlu olmasın)

Bəzək üçün:
Kök (uzun olsun)
Göyərti
Qırmızı turp

Hazırlanması:
Salatı dördkünc şəklində aşağıdakı ardıcıllıqla hazırlayın:
1-ci qat – qaynadılıb biçirilmiş və sürtgəcdən keçirilib mayonezlə qarışdırılmış ciyər.
2-ci qat – bərk bişirilib sürtgəcdən keçirilib mayonezlə qarışdırılmış yumurta
3-cü qat – sürtgəcdən keçirilib mayonezlə qarışdirilmiş pendir

Bəzədilməsi:
Dördkünc şəklində hazırladığınız salatı şəkildəki kimi bəzəyin. Bunun üçün xırda və ya orta ölçülü qırmızı turpdan gül kəsib hazırlayın.Uzun kökdən hədiyyənin bağlarını, şüyüd və ya tut yarpağından istifadə etməklə gülün dudaq və yarpaqlarını şəkildəki kimi hazırlayıb süfrəyə verin.

Qeyd: Lazım gələrsə salatdakı qatları eyni qaydada təkrarlamaqla onun həcmini və kütləsini artırmaq olar.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 314
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri