Ton balığı salatı resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 609
Səs ver:
(səs: 1)
Tərkibi: 
170 q ton balığı konservi (suda, yaxud yağda)
3-4 iri kahı yarpağı
2 orta boy pomidor
240 q qarğıdalı konservi 
170 q qara, dənəsiz zeytun
zeytun yağı (zövqə görə)
duz (zövqə görə)

Hazırlanması:
Kahı yarpaqlarını yuyub kağız salfetlə qurulayın. 
Ton balığının suyunu süzüb çəngəllə əzin. Salat qabına qoyun.
Pomidorları yuyub qurulayın, kubik doğrayın, balığa əlavə edib azca duz vurun, qarışdırın (duzlu sevmirsinizsə, vurmasanız da olar). 
Kahı yarpaqlarını iri doğrayıb salata əlavə edin. 
Qarğıdalının suyunu süzüb əlavə edin. 
Zeytunların da şirəsini süzüb salata əlavə edin. Zeytun yağı əlavə edib səliqəylə qarışdırın.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 609
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri