Pendirli qara düyü salatı resepti

Müəllif: Fialka
Şərhlər: 4
Baxılıb: 3 142
Səs ver:
(səs: 2)
Tərkibi:
2 stəkan qara düyü
250 qram lor pendir
4 ədəd soğan
2 ədəd közdə bişmiş qırmızı bibər
2 armudu stəkan konservləşdirilmiş qarğıdalı
4-5 ədəd kornişon turşuşu
Bir az doğranmış şüyüd
Şüyüdlə eyni miqdarda doğranmış cəfəri
 
Salatın sousu üçün:
2 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı limon şirəsi
Duz
İstiot
 
Hazırlanması:
Qara düyünü yuyub təmizləyin. Daha sonra qaynayan suya əlavə edib 25 dəqiqə bişirin. Düyünü süzüb üzərinə doğranmış soğan, köz bibər, qarğıdalı, turşu, cəfəri, şüyüd və lor pendir əlavə edib yaxşıca qarışdırın. Kənarda sous üçün lazım olan məhsulları qarışdırın. Sousu da salata əlavə edin.
 
Nuş olsun!
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 3 142
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri