Keşniş sousu resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 844
Səs ver:
(səs: 1)
Toyuq, balıq, ət xörəkləri üçün əla sousdur. Ancaq onu uzun müddət saxlamaq olmur. Hazırladıqdan sonra soyuducuda cəmi bir həftə saxlamaq mümkündür. 

Tərkibi
4 iri dəstə keşniş 
2 göy soğan 
2-3 diş sarımsaq 
1,5 sm təzə zəncəfil kökü
1 acı istiot (göy, yaxud qırmızı)
3 x.q. limon şirəsi 
1 x.q. şəkər tozu
1 ç.q. duz

Hazırlanması:
Keşnişlə soğanı yuyub suyu çəkiləndən sonra iri doğrayın. 
Sarımsağı, zəncəfili təmizləyin, istiotu yuyun. 
Hamısını blenderdə eynicinsli kütlə alınanadək xırdalayın. 
Başqa qaba töküb limon şirəsi, şəkər tozu və duz qatıb qarışdırın. 

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 844
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri