Manqal salatı resepti

Müəllif: NoName
Şərhlər: 15
Baxılıb: 1003
Paylaş:
Səs ver:
(səs: 3)
Tərkibi:
Kiçik ölçülü pomidor
Badımcan
Yaşıl bibər
Rəngli bibər
Sarımsaq
Reyhan
Nanə
Narşərab
Yaşıl soğan
Prasa
Limon
Duz
İstiot

Hazırlanması:
Salatı hazırlamaq üçün əsasən kiçik ölçülü və möhkəm, əzilməmiş, zədə almamış pomidorlar götürülür və enli şişə taxılır. Xüsusi ilə biraz turşməzə pomidorlar salatda daha ləzzətli olur.

Bibər də həmçinin, şişə taxılır. Bu zaman bibərlərin hamısının eyni istiqamətdə: saplaqları eyni tərəfə olmalıdır. Zövqə görə həm acı, həm də şirin bibər istifadə etmək mümkündür.

Prasa da manqalın üzərinə qoyulub bişirilir

Sarımsaq, dişlərə ayrılmadan şişə taxılır.

Bütün bu xammallar közü düşmüş manqala düzülür və burada bişməyə başlayır. Arada yanmaması üçün şişləri çevirmək lazımdır.

Bişdikcə bunları ağzı bağlı bir qaba toplayırıq.

Bişdikdən sonra pomidorların qabıqları soyulur və doğranılır. Bu zaman manqalda bişən pomidorların içərisində özək hissəsi varsa onlar da çıxardılıb ayırtlanır.

Bibərlər soyulur və doğranılır. Bişmiş bibərlərin çəyirdəklərinin ayırtlanmasına, salata qarışmamasına diqqət etmək lazımdır.

Badımcanların qabığı soyulur, təmizlənir və onlar da doğranır.

Bişən sarımsaqlar da dişləri ayrılır, qabıqları soyulur və kiçik – kiçik doğranılır.

Bişən prasa da üst qabığından təmizlənir və o da doğranılır.

Nanə, reyhan da təmiz yuyulur və kiçik – kiçik doğranılır. Bu göyərtilərin yarpaqlarının arasında torpaq hissəciklərinin qalmaması üçün geniş bir qabda suda gözlədilir. Ondan sonra bol su ilə yuyulur.

Baş soğanın da əvvəlcə qabıqları soyulur. Bundan sonra çox kiçik ölçülü hissələrə doğranır.

Bundan sonra doğranmış pomidor, bibər, sarımsaq, badımcan, göyərti, prasa yaxşıca qarışdırılır.

Bundan sonra Manqal Salatı içərisinə limon suyu sıxılır və ya biraz narşərab vurulur. Sonra salata zövqə görə duz və istiot da vurulur. Yaxşıca qarışdırılır.

Nuş olsun!

loading...
(səs: 3)
Şərhlər: 15
Baxılıb: 1003
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
narmiwka_15
coxx sevirem manqal salatini olsada yesek
27 iyul 2016 15:22
15
Be Happy))
Offline
bir.g
Men xoslamiram bele salatlari
24 iyul 2016 20:17
14
Offline
ummuselma
Qaynatam edir (prasa və sarimsaqsiz ) , mən də əllərim yana yana dograyiram
24 iyul 2016 19:10
13
Offline
Gülüş.
Sitat: Fialka
Narşərab , sarımsaq və prasanı tərkibindən çıxsaq hazırladığımız salatlardan biridir hansı ki, həm manqalda həmdə sobada hazırlamaq mümkündür).
24 iyul 2016 15:26
12
Offline
Fi-Ra
Prasa olmasa yaxsi olar. Terkibini beyendim. Tesekkur.
24 iyul 2016 14:23
11
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Offline
vipbetul
xosuma gelmir
24 iyul 2016 13:56
10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
HAPPY_EYES
prasa ne demekdi?
24 iyul 2016 13:50
9
EVERYTHING WILL BE OKEY, IF YOU ARE BE PATIENT!!!!!
Offline
yarpaq33
Sitat: Ariel♡
Biz prasa narwerab dan istifade etmirik

Ele bizde
Bunlar sonradan elave edilib
24 iyul 2016 12:46
8
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
Fialka
Narşərab , sarımsaq və prasanı tərkibindən çıxsaq hazırladığımız salatlardan biridir hansı ki, həm manqalda həmdə sobada hazırlamaq mümkündür).
24 iyul 2016 12:46
7
Offline
BARBI
Mmmm en sevdiyimdir. Leziz gorsenir. Tez tez hazirlayiriq
24 iyul 2016 12:37
6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
MODABAZ
Ayyy cooox dadlı gorsenır bele seyler qoymuyunda hazırlıya bılmırem
24 iyul 2016 11:52
5
Heyata daim gulmek lazimdii
Offline
rəmsə
Ay ay ay çox sevirəm manqal salatını,hələ acı bibər vurulanda lap ləzzətli olurnyam
24 iyul 2016 11:52
4
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Offline
Ariel♡
Biz prasa narwerab dan istifade etmirik
24 iyul 2016 11:47
3
Huwt
Offline
Totu
Qarışıq gəldi biz belə hazırlamırıq
24 iyul 2016 11:09
2
Offline
Barbaris
beyendim dadli olar mence
24 iyul 2016 11:07
1
Heçkim Senden Artıq Deyil...!Nede Sen Heç Kim'den Artıq Deyilsen...!Yixildin, Dur...Vuruldun, Vur.. Heyat Acımasızdır, Sende Acıma...!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook