Göbələkli qırmızı bibər salatı

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 3 469
Səs ver:
(səs: 0)
Tərkibi:
6-7 ədəd közlənmiş qırmızı bibər,
5-6 ədəd göbələk,
2 yemək qaşığı doğranmış yaşıl zeytun,
1 dəstə cəfəri,
2 sap təzə soğan,
2 ədəd xiyar turşusu,
1-2 ədəd yaşıl bibər,
Yarım limon,
Zeytun yağı,
1 yemək qaşığı sirkə,
Duz.

Hazırlanması:

Bütün tərəvəzlər gözəlcə yuyular .
Göbələklər doğranar və qazanın içərisinə alınar.
Üzərinə bir miqdar su və yarım limon suyu əlavə edilib, 10-15 dəqiqə qədər qaynadılar.
Daha sonra qazın üzərindən alınar və suyu süzülər.
Qırmızı bibərlər közlenib soyular və istənilən ölçülərdə doğranar.
Cəfəri, təzə soğan, bibər və xiyar turşusu doğranar.
Bütün vəsaitlər bir qab içərisində gözəlcə xırmanlanar.
Zeytun yağı, sirkə və duz bir qab içərisində qarışdırılıb, salat sousu hazırlanar.
Hazırlanan sous, göbələkli qırmızı bibər salatı üzərinə tökülər və qarışdırılar.
Hazırlanan salat yarım saat qədər soyuducuda gözlədilər və soyuq olaraq servisə təqdim edilər.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 469
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri