Bonito salatı

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 2 347
Səs ver:
(səs: 0)
Tərkibi:
250 q toyuq filesi
3 yumurta
130 q koreya üsulu yerkökü
100 q pendir
mayonez
göyərti (bəzək)
duz

Hazırlanması:
Toyuq filesini qaynadın. Elə bulyonunda da soyudun (onda file quru olmur). Soyuyandan sonra uzun-uzun doğrayın. Salat qabının dibinə döşəyin. Üzərinə mayonez çəkin.
İkinci lay - koreya üsulu yerköküdür. Yenə mayonez çəkin.
Pendiri sürtgəcin xırda gözündən keçirin. Mayonezin üzərindən döşəyin.
Yumurta ağlarını sürtgəcdən keçirib pendirin üzərinə döşəyin, mayonez çəkin.
Sonuncu lay sürtgəcin xırda gözündən keçirilmiş yumurta sarılarıdır.
Bəzək kimi koreya üsulu yerkökü və göyərtidən istifadə edə bilərsiniz. Konditer şprisinin köməyilə mayonezdən güllər qoyub ətrafını yerkökü və göyərti ilə bəzəyin. Süfrəyə verməzdən öncə salatı 2 saat otaq temperaturunda saxlamaq lazımdır.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 347
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri