Fantaziya salatı

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 3 480
Səs ver:
(səs: 0)
Tərkibi:
2 toyuq döşü
3 yumurta
2 kartof
4 marinə edilmiş xiyar
1 banka marinə edilmiş şampinyon
80 q bərk pendir
mayonez
duz

Bəzək:
qarğıdalı
göyərti
yumurta ağı

Hazırlanması:
Toyuq ətini suda bişirib soyudun. Yumurtaları suda bişirib təmizləyin. Kartofu suda qabıqlı bişirin, təmizləyin. Marinə edilmiş göbələyin suyunu süzün.
Yastı qabın içinə hündür dairəvi halqa formanı (kənarları hamar olsun deyə) qoyun. Kartofu sürtgəcin iri gözündən keçirin. Duz vurub mayonez çəkin.
Xırda doğranmış toyuq ətini döşəyin, mayonez çəkin.
Göbələyi döşəyin.
Xırda doğranmış yumurtaları göbələyin üzərinə döşəyib azca basın, mayonez çəkin.
Marinə edilmiş xiyarları xırda kubik doğrayıb döşəyin.
Salatın üzərinə pendiri sürtgəcin xırda gözündən keçirin. Üzərinə qida plyonkası çəkib soyuducuda 1-2 saat saxlayın.
Salatın kənarındakı halqanı çıxarıb üzərini zövqünüzə görə bəzəyin. Şəkildəki qaydada da bəzəyə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 3 480
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri