Mozayka salatı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 717
Səs ver:
(səs: 0)
Ərzaqlar:
2 kartof
3 yumurta
2 kök
1 çuğundur
300 qr mal əti
Mayonez
Duz
Qara istiot

Bəzək üçün:
Nar
Qarğıdalı
Zeytun
Göyərti

Hazırlanması :
Ət, kartof, kök, yumurta, çuğunduru suda qaynadın. Tərəvəzlərin qabığını soyub, əti əl ilə didin və ya blenderdə xırdalayın.
Folqanın üzərinə kartofu sürtkəcdən keçirib, duz, istiot və mayonez vurun.
Eyni qayda ilə kökü kartofun üzərindən əlavə edib, duz, istiot və mayonez vurun.
Didilmiş əti də əlavə edin.Sonuncu qat olaraq yumurtanı sürtkəcdən keçirib duz, istiot və mayonez vurun.Bir yumurtanın sarısını və yarım kökü bəzək üçün saxlayın.Sonra folqanı ehtiyatla sıx büküb salatı rulet formasına gətirin.
Folqanı açıb salatı bir boşqaba qoyun, elə edin ki, bir az boş yer qalsın.
Salatın üzərinə mayonez çəkin.
Çuğunduru, kökü sürtkəcin xırda gözündən keçirib, göyərtini xırda doğrayıb salatı bəzəyin.
Qarğıdalı, nar dənələri , zeytun doğrayıb salatı bəzəyin.
Kənarda qalan boş yerə yumurta sarısını sürtkəcin xırda gözündən keçirin, üstünə nar , qarğıdalı dənələri, göyərti yarpağı, zeytun, kök və çuğundurdan güllər və ulduzlar kəsib qoyun.

Nuş olsun !
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 717
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri