Tərkibi: 3-4 kartof 2 baş soğan 4 yerkökü 5-6 yumurta toyuq əti mayonez şüyüd sarımsaq (istəyə görə) Hazırlanması: Kartofla kökü nazik saman kimi, soğanı yarımhalqa doğrayın. Növbə ilə bunları az yağda qızardın. Sonra salfetin üstünə qoyun ki, yağı çəkilsin. Bişmiş toyuq ətini didin. Bişmiş yumurtanın ağını sarısından ayırın. Yumurtanın ağını saman kimi doğrayıb, ətlə, qızardılmış tərəvəzlə qarışdırın. Mayonez vurun. Xırda doğranmış sarımsaq və ya xardal da vura bilərsiniz.
Qabın içinə qoyun. Ortasını dərinləşdirib quş yuvası formasına salın. Yumurtanın sarısını əzib mayonezlə, çox xırda doğranmış şüyüdlə qarışdırın. Alınan qarışıqdan əlinizlə kiçik kürələr (yumurtalar) hazırlayıb salatın ("quş yuvasının") ortasına qoyun. Nuş olsun!