Şimal salatı

Müəllif: Pure Love
Şərhlər: 7
Baxılıb: 2 634
Səs ver:
(səs: 0)
Tərkibi:
150 q cod balığı ciyəri (treska)
3 kartof
2 yerkökü
3 yumurta
3 duzlu xiyar
50 q pendir
mayonez
duz

Hazırlanması:
Cod balığı ciyərini çəngəllə əzin. Yerkökü ilə kartofu suda bişirib soyudun, yerkökünü sürtgəcin xırda, kartofu isə iri gözündən keçirin. Azca duz vurun.
Yumurtaları suda bişirin, ağıyla sarısını ayırın. Ağını sürtgəçin iri, sarısını xırda gözündən keçirin.
Duzlu xiyarı və pendiri ayrılıqda sürtgəcin iri gözündən keçirin.
Lay-lay düzün: kartof + qaraciyər + xiyar + yumurta ağı + yerkökü + pendir + mayonez + yumurta sarısı + mayonez.
Ən az iki saat soyuq yerdə saxlayın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 2 634
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri