Tərkibi: 0,5 kq mal əti 3-4 təzə pomidor 2-3 marinə edilmiş xiyar 3-4 kartof 150 q pendir mayonez 1 dəstə cəfəri duz istiot
Hazırlanması: Mal ətini 1,5-2 saat suda bişirin, duz vurun. Kartofu suda bişirin. Sonra ərzağı kubik doğrayıb lay-lay yığın: mal əti + kartof + duz + istiot + mayonez + pomidor + duz + istiot + mayonez + pendir + doğranmış cəfəri Ya əvvəldən, ya da süfrəyə verərkən qarışdıra da bilərsiniz. Nuş olsun!