"Cücələrin bayramı'' salatı resepti

Müəllif: Narın Yağış
Şərhlər: 6
Baxılıb: 2 716
Səs ver:
(səs: 1)
Tərkibi:
Toyuq filesi
Yumurta
Yerkökü
Kahı yarpağı
Duz, istiot
Mayonez
Qara istiot - bəzək üçün
Konservləşdirilmiş qarğıdalı
Suxari

Hazırlanması:
Fileni qaynadıb sürtgəcdən keçiririk. Yumurtaları qaynadıb,sarını ayırırıq. Ağını isə ortadan bölürük.

Sarısı ilə fileni qarışdırıb duz-istiot vururuq, mayonez vurmaq istəyə bağlıdır. Boşqaba kahı yarpaqlarını düzürük, üzərinə yumurtanın ağını qoyuruq.

Qarışıqdan toplar düzəldib,ağın içinə qoyuruq. Kökdən dimdiklərini, qara istiotdan gözlərini düzəldirik.

Daha sonra kökdən cücələrin pipiyini də düzəldib, ətrafına istədiyimiz ərzaqdan səpirik. Mən konservləşdirilmiş qarğıdalıdan və suxaridən istifadə etdim.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 716
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri