Gül fincanında Zəriflik salatı - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 5
Baxılıb: 2 485
Səs ver:
(səs: 1)
Ərzaqlar
3 ədəd bolqar bibəri (fərqli rəngli)
250 qr bişmiş toyuq filesi
3 ədəd toyuq yumurtası
1 ədəd xiyar
50 qr mayonez
1 ədəd orta ölçüdə baş soğan
zövqə görə duz
zövqə görə qara istiot

Gül fincanında Zəriflik salatı - foto resept

















Hazırlanması
Salat üçün soğan xırda doğranılır, üzərinə qaynar su əlavə edilir. 10 dəqiqə saxlanılır. Suyu süzülür və soyuq su ilə yuyulur (acısını itirmək üçün). Hər bir yumurta ayrı-ayrılıqda çalınır və ayrı-ayrılıqda bitki yağında qızardılır (qayğanaq şəklində). Alınan qayğanaqlar saxlanılır. Bişmiş toyuq filesi kubik formasında doğranılır. Yumurta qayğanaqları uzunsov dilimlərə doğranılır. Xiyar həmçinin nazik dilimlərə doğranılır. Xiyar dilimləri, toyuq filesi, soğan, doğranmış yumurtalar qarışdırılır, duzlanır və mayonez əlavə edilərək bir daha qarışdırılır.
Bolqar bibərindən gül hazırlamaq üçün, onun ucunda ulduzvari kəsiklər edilir. Kəsiklər bibərin dibinə qədər edilmir, təqribən 2-2,5 sm uzunluğunda. Zövqə görə yarpaqları nazik və ya enli kəsmək olar. Sonra ehtiyyatla bıçaqla bibər azmaz aralanır və soyuq su ilə dolu dərin boşqaba yerləşdirilir. Bu halda kəsilən yarpaqlar özləri aralanacaq. Belə halda bibər bir-iki saat qalmalıdır. Bibərli boşqabı soyuducuya da yerləşdirmək olar - su nə qədər soyuq olsa, o qədər kəsilən yarpaqlar daha tez aralanar. Fincanın alınması üçün bibərin özəyi və daxili ehtiyyatla yarpaqları kəsilməlidir. Fincanlar salatla doldurulub, zövqə görə bəzədilir.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 485
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri