Madmuazel Salatı

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 2 168
Səs ver:
(səs: 1)
Tərkibi:
1 ədəd toyuğun filesi
1 iri turşa-şirin alma
1 iri yerkökü
150 q bərk pendir
2-3 ədəd kartof
Mayonez
Zövqə görə duz, istiot

Bəzəmək üçün:
Limon

Hazırlanması:
Salatın birinci layı alma olacaq deyə, qabığını soyub şəkildə gördüyünüz kimi doğrayın. Üzərinə mayonez çəkin.
Bərk pendiri kubik şəklində doğrayın. Almanın üzərinə qoyun, üzərinə yenə mayonez çəkin.
Qaynadılmış, soyudulmuş toyuğun filesini xırda doğrayın.

Toyuğu 3-cü lay kimi pendirin üzərinə yayın, üstünə də mayonez əlavə edin.

Kökü qaynadın, soyudun, qabığını təmizləyin, şəkildə gördüyünüz kimi doğrayın. Toyuğun üzərindən qoyub Ən son laya qaynadılmış, soyudulmuş, doğranmış kartofu düzürük, üzərini yenə də mayonezləyirik.
Qeyd: 1. Hər qatda mayonezdən az istifadə edin.
Bəzək üçün üzərinə limon dənələrindən qoya bilərsiniz.
2. Duz-istiotu zövqə görə istifadə edin (nəzərə alın ki, mayonez də duzlu olur).

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 168
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri