Qarğıdalı salatı

Müəllif: Meleknur
Şərhlər: 9
Baxılıb: 6 061
Səs ver:
(səs: 4)
Tərkibi:

2 ədəd kartof
2 ədəd yerkökü
3 ədəd yumurta
2 ədəd xiyar
150 qr konservləşdirilmiş qarğıdalı
200 qr mal ve ya toyuq eti
mayonez (zövqə görə xama da əlavə etmək olar)
duz, istiot

Hazırlanma qaydası:

Zövqə görə mal və ya toyuğun döş ətini qaynadın. Əgər mal ətindən istifadə edirsinizsə, xırda-xırda doğrayın. Seçiminiz toyuq ətidirsə, uzunsov doğrayıb, didin.Kartof, kök və yumurtanı suda bişirib, qabıqlarını soyub, kiçik kub şəkilində doğrayın. Xiyarı da soyub, eyni qaydada doğrayın. Bütün ərzaqları doğradıqdan sonra, üzərinə konservləşdirilmiş qarğıdalını da tökün. Mayonez, xama(zövqə görə), duz və istiot səpib, qarışdırın. Qarğıdalı salatı hazırdır. Salatınızı istədiyiniz şəkildə bəzəyib, süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN!
(səs: 4)
Şərhlər: 9
Baxılıb: 6 061
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri