Umac piroqu resepti

Müəllif: Barbaris
Şərhlər: 15
Baxılıb: 23 262
Səs ver:
(səs: 2)
Tərkibi:
4 stəkan un
2 stəkan şəkər tozu
1 stəkan duru yağ
1 stəkan qatıq
3 ədəd yumurta
1 paket vanil
1 paket qabartma tozu

Hazırlanması:
Unla şəkər tozunu qarışdırın. Sonra duru yağı əlavə edib qarışdıraraq umac hazırlayın. Umacdan 1 stəkan götürüb kənara qoyun. Yumurtanı başqa bir qabda yaxşıca çalın, qabartma tozunu qatığa tökərək köpürdərək onun içinə tökün. Daha sonra vanil və umacı qatıqlı qarışıma əlavə edərək yavaşca qarışdırın. Diqqət edin ki, umaclar çox açılmasın. Yağlanmış soba qabına qarışımı tökün və üzərinə kənara ayırdığınız 1 stəkan umacı səpin. Əvvəlcədən qızdırılan 180 dərəcəlik sobada 20-25 dəqiqə üstü qızarana qədər bişirin. Tam soyuduqdan sonra romb doğrayaraq servis edə bilərsiniz.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 15
Baxılıb: 23 262
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri