Dadlı Araxis tortu resepti

Müəllif: Onun_Mələyi
Şərhlər: 8
Baxılıb: 1179
Paylaş:
Səs ver:
(səs: 0)
Tərkibi
:xəmir:

135 q un
45 q kakao
140 q şəkər tozu
1 iri yumurta
1 ç.q. qabartma tozu
1/2 ç.q. soda
1 x.q. vanil cövhəri
145 ml süd
75 ml neytral dadlı bitki yağı
125 ml qaynar su

xırt-xırt korj (dakuaz):
40 q badam unu
2 yumurtanın ağı
140 q şəkər tozu
100 q iri doğranmış duzlu araxis
200 q araxis yağı
60 q kərə yağı
60 q tund şokolad
1/3 st. vafli qırıqları

krem:
200 q tünd şokolad
350 ml 35%-li qaymaq(forma 18x27 sm)

Hazırlanması:
Şokoladlı korjlar:
Sobanı 170 dərəcə qızdırın. Formanı yağlayıb içinə perqament döşəyin.İri qabda bütün quru ərzağı qarışdırın. Başqa qabda yumurta, bitki yağı və südüçalın. Sonra bunu quru qarışığa qatıb xəmir hazırlayın.Xəmirə az-az qaynayan suyu əlavə edin,eyni zamanda dayanmadan qarışdırın ki, yumurta bişib bərkiməsin.Xəmiri formaya töküb 20-25 dəqiqə bişirin. Bişib-bişmədiyini taxta çöplə yoxlayın.Korju formada soyudun. Sonra səliqə iləçıxarıb eninə iki bərabər hissəyə bölün.Xırt-xırt dakuaz korju: Sobanı 160 dərəcə qızdırın. Perqamentin üzərinə 17x26 sm ölçüdə düzbucaqlı çəkib formaya döşəyin.Yumurta ağlarını şəkər tozu ilə möhkəmçalın. Səliqə ilə badam ununu əlavə edin.Bu qarışığı perqamentin üzərinə çəkdiyiniz düzbucaqlı boyu yayın. Üzərinə araxis səpin.Təxminən 20 dəqiqə bişirin. O, krem rəngi almalı, merengi isə bişib qurumalıdır.Şəbəkənin üzərində soyudun.Su hamamında şokolad, kərə yağı, araxis yağını əridin. Sonra vafli qırıqları əlavə edib qarışdırın. Bu qarışığı dakuaz korjunun üzərinə bərabər yayın və dondurucuda 1 saat saxlayın.Qanaş: Soyuq qaymağı krem halına gələnədək çalın. Şokoladı su hamamında əridin. Sonra götürüb bir-iki dəqiqə qarışdırın. Çalınmış qaymağa qatıb yenidən çalın.Yumşaq şokoladlı korju buluda qoyun. Üzərinə qanaşın 1/3-ni çəkin. Dakuaz korjunu qoyun. Üzərinə kremin 1/3-ni çəkin. İkinci şokoladlı korju üzərinə yerləşdirin.Tortu bir gecə dondurucuda saxlayın. Sonra donmuş tortun kənarlarını iti bıçaqla kəsib hamarlayın. Qanaşın qalanını üzərinə çəkin.Bu tortu soyuducuda 4 gün saxlamaq olar.

Nuş olsun!

Dadlı.Az

loading...
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 1179
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
vipbetul
qeseng dadli olur

qeseng dadli olur
29 may 2018 19:43
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Dilaycan
Hecc sevmirəm araxisi hec...Uşaqıar xoşlayır oglum ,xəstəsidi..
Kızzz yaxşı yadıma saldın bizim evdə bir klyok araxis var hec yadada duşmur))
Sag ol xatırlatdın..))
29 may 2018 18:59
7
Hər şeyə canını sıxma ey könül, nə bu dərdlər qalıcıdır, nə də bu ömür.. (Hz.Mevlana)
Offline
Barbaris
Yemiwem bu tortdan cox dadli.olur ) cox beyenmiwdim ) twkler canisi
29 may 2018 17:28
6
# ☀ Şəxsiyyətimlə, rəftarımı səhv salmayın! Şəxsiyyətim kim olduğumla,
Rəftarım kim olduğunuzla bağlıdır!! ✔
Offline
Cema_Axodova
Ay Arzu bizim lap aqiz dadimiz eynidiki))))
29 may 2018 01:43
5
p.s
Online
tatyana
Vayyy bu ne gözel tortdu bir bilsezz,lezzetli dadlı, men bişirmemişem amma yemişem,eziyyetli tortdu amma heves varsa edince cetin olmaz,araxisi tortda xoşlamıyanlar blenderle xırdalıyıb toz halına düşünceyedek ele töke biler torta,cünkü dadı pis olmur tamam başqa dad verir torta
28 may 2018 22:58
4
QELBİMİ PARAMPARCA EDEN İNSANLARIN QELBİNİ ALLAHIMA TAPŞIRDIM.....ALLAHIM SEN BİLEN YAXŞI
Online
YalniZ-ArZu
Meqalede seliqesizlik var deye, aydin gelmir ilk baxanda.
Araxisi tortda hec sevmirem, cunki araxis qovrulanda xirt xirt olur, ancaq torta qatanda ya arasina sepende islanir, onda da tortda lobya dadiyir)) Mene gore yani, belke kimse xowlayir deye bilmerem. Meselen snikers tortu hec sevmediyim tortdur mehz araxise gore. Ureyimi bulandirir, plyus da karamel vabwe sevmirem.
Bu resept de mene cetin geldi, dokuaz falan anlamadim, tort yumwaq ve islaq olar. Napaleon xaric amma.:)
tewekkurler kizim.
28 may 2018 22:31
3
Gözümüz bağlı güvəndiyimiz insanlar, yaxşı niyyətimizin içinə zibili yığanda, bizə də hər münasibətə üz verməyib, hər mundarın sözünə aldanmamaq qalar. 08
Offline
BARBI
Biraz cetin geldi.Tortlari o qederde sevmirem.
28 may 2018 22:27
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
CANAN
Dadli gorunur.ama mene cetin geldi.
28 may 2018 22:05
1
canan qizim sirin seker qizim.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri