Mirror Glaze (ayna kimi tort bəzəmə kremi) resepti - FOTO RERSEPT

Müəllif: Sweet Candy
Şərhlər: 9
Baxılıb: 3 451
Səs ver:
(səs: 0)
Dadlı.Az təqdim edir.

Tərkibi:
Birinci addım:

15 qram jelatin tozu
1/3 su stəkanı soyuq su

İkinci addım:
1/3 stəkan su
200 qram toz şəkər (bir fincan suya nisbətən az)
200 qram qarğıdalı şərbəti (2/3 fincan)

Üçüncü addım:
Yarım stəkan qatılaşdırılmış süd
200 qram ağ şokolad
Qida rəng(lər)i

Hazırlanması:
Tort hazırlayın və krem çəkin.

Birinci addım:
Soyuq suya jelatin əlavə edin və gözləyin.

İkinci addım:
Suyu, şəkəri və qarğıdalı şərbətini orta atəşdə yaxşıca qaynadın.
Sobadan götürüb içərisinə jelatini əlavə edib qarışdırın.

Üçüncü addım:
Qatılaşdırılmış südü əlavə edin.
İsti qarışığa doğranmış ağ şokoladı edib 5 dəqiqə gözləyin.
Ən yaxşı nəticə almaq üçün blenderlə qarışdırın.
Qarışıqın temperaturu ölçün. 32 dərəcəyə çatdıqda istifadəyə hazırdır. Temperaturu azaltmaq üçün qarışdırın.

Qida boyası ilə rəngləndirə bilərsiniz, ancaq qarışım 32-33 dərəcədə olanda bunu etməlisiniz.
Rəngarəng olmasını istəyirsinizsə, əsas rəngi tortun üzərinə tamamilə tökün və dərhal ardından digər rəngləri tökün.

Tortu hərəkət etdirmədən əvvəl bütün qarışımın axmasını gözləyin.

Mirror Glaze (ayna kimi tort bəzəmə kremi) resepti - FOTO RERSEPT

Tortu soyuducuda 1 saat qədər gözlədin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 451
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri