Evdə asanlıqla hazırlanan çiyələkli pudinq resepti

Müəllif: Onun_Mələyi
Şərhlər: 6
Baxılıb: 2 511
Səs ver:
(səs: 0)
İsti yay günlərində asan və tez hazırlanan sərin təamlara ehtiyac duyulur.
O zaman bu çiyələkli pudinq tam sizə uyğundur.
Qadınla.Com çiyələkli pudinqin hazırlanma qaydasını sizlərə təqdim edir:

Tərkibi:
500 qr çiyələk
4 stəkan süd
2 stəkan şəkər tozu
1 çay qaşığı kərə yağı
2 çay qaşığı nişasta
1 xörək qaşığı limon likörü
1 paket vanil
1 ədəd yumurta sarısı

Hazırlanma qaydası:
Südü bi qazana tökün. Ardınca çiyələkləri də əlavə edib 10 dəqiqə qaynatdıqdan sonra süzgəcdən keçirin. Şəkər tozu və yağı da töküb 5 dəqiqə qaynadın. Nişastanı qatıb qatılaşana qədər gözlədikdən sonra isə likör, vanil və yumurta sarısını da əlavə edin. Pudinqi hazırladığınız qazanı su ilə dolu başqa bir qazanın içinə qoyun. 30 dəqiqə qaynadıb pudinqi çiyələklərlə bəzəyin.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 511
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri