Evdə dondurma hazırlamaq qaydası

Müəllif: Barbaris
Şərhlər: 9
Baxılıb: 3 401
Səs ver:
(səs: 0)
Havalar isindikcə soyuq təamlara ehtiyac duyulur. Dondurmalar isə yayın əvəzolunmaz dadlarından ən çox sevilənidir.

Qadınla.com dondurmanın hazırlanma qaydasını təqdim edir:

Çiyələkli dondurma
Ərzaqlar:
500 qram çiyələk
300 qram şəkər tozu
2 stəkan su
1 ədəd limon suyu

Hazırlanması:
Çiyələkləri bir qaba qoyub üzərinə 1 ədəd limon suyu əlavə edin. Şəkər tozunun içinə su tökərək qaynadın. Soyuduqdan sonra çiyələklərlə bir yerdə qarışdırın. Qarışımı buz qəliblərinə qoyun və soyuducuya qoyaraq donmasını gözləyin.

Qaymaqlı vanilli dondurma
Ərzaqlar:
2 stəkan süd
2 stəkan qaymaq
5 iri yumurta sarısı (yumurtalar balacadırsa, 6 yumurta sarısı istifadə edin)
3/4 stəkan şəkər tozu
2 çay qaşığı vanil ekstaktı (pure vanilla extract)

Hazırlanması:
Südü və qaymağı qazana qoyub orta xodda qaynadın. İri qabda yumurta sarısı və şəkər tozunu mikserlə çalın. Qaynatdığınız süd-qaymağın az hissəsini yavaş-yavaş yumurtalı qarışığa əlavə edib qaşıqla dəyanmadan qarışdırın ki, yumurta bişməsin. Sonra qalan qaynar süd-qaymağı da tədricən yumurtaya əlavə edib qarışdırın. Alınan qarışığı orta xodda taxta qaşıqla dəyanmadan qarışdıra-qarışdıra kütlə bir az qatılaşanadək bişirin. İri, soyuğa dayanaqlı bir qabın üstünə süzgəc qoyun. Südlü qarışığı süzgəcdən keçirmək şərtilə qaba boşaldın. Vanili də əlavə edin. Qabı soyuducuya qoyun ki, dondurma tamamilə soyusun. Təxminən 45 dəqiqə sonra çıxardıb, ya mikserlə ya da qaşıqla yenidən bərk-bərk çalın. Dondurmanı buzluğa geri qoyun. Bundan sonra iki dəfə hər 30 dəqiqədən bir eyni addımı təkrarlayın. Bu addım ona görə lazımdır ki, dondurma buz bağlamasın və daha qaymaqlı olsun. Dondurma hazırdır.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 401
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri