Yağlı xəmirdən "Napoleon" tortu

Müəllif: Barbaris
Şərhlər: 6
Baxılıb: 3 394
Səs ver:
(səs: 1)
Lazım olacaq ərzaqlar:
Hazır yağlı xəmir

Krem üçün:
Süd
Xama
Qarğıdalı nişastası
Yağ
Şəkər tozu
Vanil

Hazırlanması:
İlk öncə xəmirlərin yumşalmağını gözləyin. Və onların öz-özünə, otaq istiliyində yumşalmağına şərait yaradın. Yəni tez buzu açılsın deyə müdaxilə etməyin. Əgər düzbucaq tort ya kvadrat etmək istəyirsinizsə o zaman fətirləri öz formasında yayın, böyüdün. Yox dairəvi tort istəyirsinizsə o zaman xəmirləri kiçik kündələr şəklində yumrulayın sonra yayın. Fətirləri kraxmalla yayırıq. Sobanı yüksək dərəcədə qızdırıb, üzləri çəhrayı rəngə çalana qədər quruduruq. Kremi üçün unu, kraxmalı, şəkər tozunu bir qaba töküb qarışdırırıq (düyün olmamağına diqqət edin). Sonra südü əlavə edirik. Ocağın üstündə krem formasına düşənə qədər, qarışdırmanı dayandırmadan saxladırıq. Sonra yağı əlavə edib soyuduruq. Daha sonra qaymağı əlavə edib mikserdən keçirdirik (fətirlərin bərkliyindən narahatsınızsa şərbət sürtüb sonra kremləyin). Belə tortlara fətirlərarası üçün qoz, banan çox gözəl dad verir. Öz ovuntuları ilə də üstünü örtürük. İstəyən bəzəyə də bilər.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 394
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri