Kefirli çiyələkli bahar keksi resepti

Müəllif: Son Bahar
Şərhlər: 6
Baxılıb: 1 450
Səs ver:
(səs: 0)
Tərkibi:
90 gr (6 yemək qaşığı) kərəyağ (otaq temperaturunda yumşalmış)
210 gr (1,5 su stəkanı) un
6 gr (1,5 yemək qaşığı) qabartma tozu
4 gr (yarım yemək qaşığı) duz
200 gr (1 su stəkanı) şəkər tozu
1 yumurta
120 ml (1/2 su stəkanı) kefir (vəya süd, və ya ayran)
1 yemək qaşığı vanil
400 gr çiyələk (təmizlənmiş və ikiyə kəsilmiş)
1 yemək qaşığı şəkər tozu (üzərinə səpmək üçün)

Hazırlanması:
Sobanızı 180 dərəcədə isidin.
Keks qabınızın hər yerini yumşaq kərəyağı və ya marqarinlə yağlayın.
Dibinə yağlı kağız sərin.
Bir qaba qabartma tozu və unu tökün.
Ayrı bir kasada kefir, yumurta və vanil çalın.
Digər qabda yumşaq kərəyağı və şəkər tozunu təqribən 3 dəqiqə krem kimi olana qədər çalın.
Çalmağa davam edərkən bir yandan kefiri əlavə edin.
Qarışanda quru qarışımı da əlavə edin və qarışana qədər çalın.
Xəmiri keks qabınıza tökün.
Üzərinə çiyələkləri aralarında boşluq qoymadan düzün.
1 yemək qaşığı şəkər tozunu hər yerinə səpin.
Sobada 10 dəqiqə bişdikdən sonra temperaturu 160 dərəcəyə salın.
1 saat bişdikdən sonra çıxarın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 450
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri