Dondurmalı və portağallı irmik halvası

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 012
Səs ver:
(səs: 0)
İsti irmik halvası arasında qaymaqlı dondurma həqiqi ləzzət bayramı. Hazırsınızsa başlayırıq:

Materiallar:
200 q marqarin
3 yemək qaşığı dolmalıq fıstıq
½ kiloqram üyüdülmüş un
3 su stəkanı süd
1 su stəkanı toz şəkər
1 paket vanilin
1 su stəkan portağal suyu
2 ədəd portağal qabığı rəndəsi

İçi üçün:
Qaymaqlı dondurma

Üzəri üçün:
Toz Püstə

Hazırlanması:
Marqarini bir qazanda əridin. Əvvəl dolmalıq fıstıqları sonra da üyüdülmüş unu əlavə edib rəngi tündləşənə qədər yaxşıca qovurun.
Ayrı bir qazanda süd, şəkər tozu və vanilini qarışdırıb qaynadın. Qovrulan üyüdülmüş unun üzərinə südü az-az əlavə edərək bir iki dəqiqə daha bişirin.
Sonra portağal suyu ilə rəndələnmiş portağal qabığını əlavə edin və orta odda suyunu çəkənə qədər qarışdıraraq 5 - 10 dəqiqə daha bişirməyə davam edin.
Qazanı ocaqdan götürün, üstünə kağız dəsmal bağlayıb 15 dəqiqə dincəlməyə qoyun.
Streç film ilə tutduğunuz bir qaba üyüdülmüş un halvası qoyub ortasında bir yuva açıb. İçinə bir top qaymaqlı dondurma qoyaraq üzərini bağlayın. Tərs çevirib boşqaba alın. Üstünə toz Püstə səpərək süfrəyə verin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 012
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri