Şəkərparəyə rəqib QAYMAQPARƏ resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 2 517
Səs ver:
(səs: 0)
Bu gün siz dəyərli Qadinla.com oxucularımız Şəkərparyə rəqib olacaq qaymakparə reseptini təqdim edirik.

Tərkibi:
200 qram qaymaq
1 su stəkanı maye yağ (200 qram)
1 su stəkanı toz püstə
5 su stəkanı un
1 paket qabartma tozu
1 paket vanilin

Şərbəti üçün:
3,5 su stəkanı toz şəkər
3 su stəkanı su
3 damcı limon suyu

Hazırlanması:
Şərbətin soyuması üçün onu əvvəlcədən hazırlayaq. Bir qazanda şəkər və suyu, şəkər əriyib qaynayana qədər yüksək odda qaynadın. 10 dəqiqə bişirdikdən sonra limon suyunu əlavə edin və ocaqdan götürüb soyumağa qoyun.

Dərin bir kasada qaymaq, maye yağ, toz püstə, qabartma tozu və vanilini qarışdırın. Üzərinə yavaş-yavaş unu əlavə edərək yoğurmağa başlayın. Ələ yapışmayan bir konsistensiya gələn xəmirə dairəvi forma verərək soba sinisinə düzün.
Əvvəldən isidilmiş 170 dərəcəlik sobada üzəri qızarana qədər, təxminən 30 dəqiqə bişirin.
Sobadan çıxan qaymakparələrin üzərinə soyuq şərbəti tökün və təxminən 3 saata qədər istirahət etdirin. Üstünə toz püstə səpərək servis edə bilərsiz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 517
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri