Avstriyanın məşhur Germknödel şirniyyatı resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 788
Səs ver:
(səs: 2)
Avstriyanın ən sevilən şirinsu olan Germknödeli heç sınadınızmı? Avstriyalıların dadına doyum olmayan Germknödel desertinin tərifini Qadinla.com sizə təqdim edir.

Tərkibi:
1 su stəkanı süd
Yarım çay stəkanı şəkər
1 yumurta sarısı
1 xörək qaşığı qarğıdalı unu və ya nişasta
1 paket vanil

Xəmir Üçün:
300 qram un
10 qram maya
30 qram şəkər
1 yumurta və 1 yumurta sarısı
50 q otaq temperaturunda kərə yağı
1 çimdik duz
Yarım limon rəndəsi
180 mln. süd

İçi Üçün:
100 qram ərik mürəbbəsi

Üzəri Üçün:
1 çimdik darçın
20 qram üyüdülmüş xaşxaş
20 qram şəkər kirşanı

Hazırlanması:
Bir qazanının içində süd və şəkər qaynadın.

Başqa bir kasanın içində nişasta, yumurta sarısı, vanil, yarım çay stəkanı südü qarışdırın.

Bu qarışığı da qazanda olan süd və qənnadı qarışığın içinə qoyun və bişirməyə başlayın. Bişən qarışığı soyuması üçün kənara alın.

Bir qabın içinə un qoyun və maya əlavə edin. Ən üstünə bir az süd qoyaraq mayanın qalxmasını gözləyin.

Maya qalxdıqdan sonra digər ərzaqları da əlavə edərək xəmiri yoğurmağa başlayın.

Hazır etdiyiniz xəmiri mayalanması üçün 40 dəqiqə gözlədin.

Xəmir mayalandan sonra altı bərabər hissəyə bölün.

Bir qazanının içində su qaynadın və hazırladığınız düyümləri qaynayan suyun içinə atın və ağzı qapalı bir şəkildə bişirin.

Bişən xəmirləri bir kənara alın və içlərini açaraq ərik mürəbbəsi sürün.

Ən üstlərinə daha əvvəldən hazırladığınız südlü qarışığı tökün.

Son olaraq darçın, xaşxaş və şəkər kirşanını əlavə edin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 2 788
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri