Xaş-xaşlı çörək resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 743
Səs ver:
(səs: 1)
Tərkibi:
5 su stəkanı un
2 su stəkanı süd
1 çay stəkanı zeytun yağı
20 qr. yaş maya
2 yemək qaşığı şəkər tozu
1.5 şirin qaşığı duz

Üzəri üçün
100 g kərə yağı
1 çay stəkanı xaşxaş

Hazırlanması:
Xəmiri üçün lazım olan bütün materialı geniş bir qarışdırma qabına alın. Bütün material yaxşıca birlikdə olana qədər yoğurun. Xəmirin üzərini nəm bir parça ilə örtüb iki saat istirahət etdirin. Əlinizi yüngül yağlayın və mayalanan xəmirdən yumurta böyüklüyündə parçalar qoparın. Bir oxlov köməyi ilə oval açın. Xəmirdən uzun zolaqlar kəsin. Kəsdiyiniz zolaqların üzərində bir fırça köməyiylə əridilmiş kərə yağı sürtün və xaşxaş səpin. Zolaqları bir kənarından başlayaraq verevinə dolayın. Xəmirləri yağlı kağız sərdiyiniz bir soba xonçasına alıb bir saat daha mayalandırın. Mayalanan xəmirləri əvvəldən isidilmiş 200 dərəcə sobada üzəri qızarana qədər bişirin. İlıq xidmət edin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 743
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri