Tavada “Napoleon” tortu resepti

Müəllif: Barbaris
Şərhlər: 5
Baxılıb: 6 466
Səs ver:
(səs: 0)
Napoleon tortu bir neçə fərqli qayda ilə hazırlanır. Qadınla.com saytının təqdim etdiyi bu reseptlə tavada hazırlanan tort ağızda əriyən,zərif və çox dadlı alınır.

Tərkibi:
Xəmir üçün:

1,5 stəkan süd
200 qr kərə yağı
1 stəkan şəkər tozu
2 yumurta
1 xörək qaşığı maye yağ
0,5 çay qaşığı soda (uksusda söndürülmüş)
çimdik duz
təxmini 2 kq un

Krem üçün:
2 stəkan süd
4 yumurta
1,5 stəkan şəkər tozu
600 qr kərə yağı
1 banka qatılaşdırılmış süd
1 paket vanil

Hazırlanması:
Xəmir üçün un,şəkər tozu,kərə yağı,süd,yumurta,maye yağ,uksusda söndürülmüş soda və duz əlavə edib orta konsistensiyalı xəmir yoğurun və 20-22 kündəyə ayırın.Tavanın ölçüsündən asılı olaraq korjlar yayın.

Korjları tavada qapağı bağlı olaraq 2 tərəfli qızardın.Bişən korjların üzərini dəsmalla örtmək lazımdır ki,qurumasın.

Krem üçün südü ocağın üzərinə qoyub isidin,üzərinə çırpılmış yumurta və şəkər tozu kütləsini əlavə edin və qarışdıra-qarışdıra qatılaşanadək bişirin. Sonra bu kütləni soyudun və kərə yağı əlavə edib yaxşıca çırpın. Daha sonra qatılaşdırılmış süd və vanil əlavə edib yenə qarışdırın.

Korjların arasına krem yaxın və üst-üstə yığın.Kənarlarının qırıntıqlarını ovuntu halına gətirin.Tortun kənarlarına ovuntu səpin və üzərinə sadəcə krem çəkin.Tortu yumşalması üçün bir neçə saat ərzində və ya 1 gecə otaq temperaturunda saxlayın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 6 466
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri